Texnologiya xəbərləri

  • ƏLAQƏ
  • GİRİŞ
11.23°C | Baku

texno365

21 iyun, şənbə

texno365

  • Ana səhifə
  • Video
  • Texnologiya Xəbərləri
  • Kateqoriyalar
    • Texnologiya-xeberleri
      • ÜMUMİ
      • Digər
      • Cihazlar
      • Sosial Media
      • Süni intellekt
      • Nəqliyyat
      • Təhlükəsizlik
      • Oyunlar
    • Elm
      • ÜMUMİ
      • Digər
      • Coğrafiya
    • Hərbi Sənayə
      • ÜMUMİ
      • Dronlar
    • Avtomobillər
      • ÜMUMİ
      • EV
      • Digər
  • Haqqımızda
  • Əlaqə

Texnologiya xeberleri

Çin, 6G terahertz bağlantısı ilə daha bir ilkə imza atıb!

Çin, 6G terahertz bağlantısı ilə daha bir ilkə imza atıb!


Çinli alimlər, terahertz simsiz rabitə texnologiyasında inqilabi bir təcrübə ilə yüksək dəqiqlikli video siqnallarını 1 kilometrdən çox məsafəyə ötürməyi bacarıblar. Bu nailiyyət, gələcəkdə kosmik rabitə və 6G kimi ultra sürətli məlumat ötürülməsi üçün böyük bir addım hesab olunur. Təcrübə, Çin Elmlər Akademiyasına (CAS) bağlı Purple Mountain Rəsədxanası tərəfindən həyata keçirilib və uzun məsafəli terahertz simsiz rabitə sistemlərində yüksək həssaslığa malik super keçirici qəbuledici texnologiyasının dünya miqyasında ilk uğurlu tətbiqi kimi elan edilib. Terahertz (THz) radiasiyası elektromaqnit spektrinin mikrodalğa və infraqırmızı tezlik zolaqları arasında yerləşən, nisbətən boş bir sahədə (3.000-dən 30 mikrometrə qədər) mövcuddur. Terahertz texnologiyası təhlükəsizlik yoxlamaları və tibbi diaqnostika sahələrində güclü bir görüntüləmə aləti kimi tanınır və eyni zamanda alimlər tərəfindən 6G və gələcək ultra sürətli simsiz rabitə üçün bir mərhələ kimi qəbul edilir.


Bu yeni texnologiya, həmçinin kosmik rabitədə də mühüm rol oynaya bilər. Araşdırma qrupuna görə, terahertz texnologiyası sayəsində real vaxtda böyük həcmdə məlumatların ötürülməsi mümkün ola bilər. Bununla belə, alimlər uzun məsafəli terahertz rabitəsini maneə törədən siqnal zəifləməsi kimi problemləri aradan qaldırmaq üçün uzun müddətdir çalışırlar. Qrup, ultra həssas terahertz teleskopları ilə terahertz rabitə sistemlərini birləşdirərək ötürmə məsafələrinin əhəmiyyətli dərəcədə artırıla biləcəyini qeyd edib. Bu təcrübədə istifadə olunan super keçirici aşkarlama texnologiyasının yüksək həssaslığa malik olduğunu vurğulayan CAS-ın tədqiqat professoru Li Jing, belə izah edir: "Mikrodalğalı rabitəni iki zolaqlı bir yol kimi düşünün. Terahertz rabitəsi daha geniş və zəngin spektrə görə bu yolu 6 və ya 8 zolağa genişləndirmək kimidir". Jing, həmçinin super keçirici aşkarlama texnologiyası ilə demək olar ki, heç bir enerji itkisi olmadığını və siqnalların çox daha uzaq məsafələrə ötürülə bildiyini qeyd edir.


 Ötən cümə günü Çinin şimal-qərbindəki Qinghai-Tibet yaylasında, təxminən 4.300 metr yüksəklikdə yerləşən bir rəsədxana bazasında başladılan təcrübənin 5 gün davam etməsi gözlənilir. Dövlət yayım orqanı CCTV-nin verdiyi məlumata görə, təcrübə zamanı mənbədən gələn siqnalın ötürülmə gücü 10 mikrowatt səviyyəsində idi. Bu, adi bir mobil telefon baza stansiyasının çıxış gücünün təxminən milyonda biridir. Buna baxmayaraq, tədqiqatçılar 1.2 kilometr məsafədən yüksək dəqiqlikli videonu uğurla qəbul edə biliblər.

Linki kopyala

Oxşar xəbərlər

Oxşar xəbərlər
Google Chrome ilə məxfiliyiniz təhlükədədir! Nə etməlisən?
Texnologiya-xeberleri & Digər
Google Chrome ilə məxfiliyiniz təhlükədədir! Nə etməlisən?
Google Chrome-un son məlumatları göstərir ki, brauzer istifadəçiləri təhlükə altında ola bilər. Budur məlumat...
Texnologiya-xeberleri & Digər
08-10-2024
Google süni intellekti bu Android telefonlarına gəlir!
Texnologiya-xeberleri & Digər
Google süni intellekti bu Android telefonlarına gəlir!
MediaTek Dimensity 9400 Google Gemini Nano süni intellektini dəstəkləyəcək. Budur təfərrüatlar.
Texnologiya-xeberleri & Digər
08-10-2024
Şirkətinizin texnologiya dünyasında daha geniş bir auditoriyaya çatmasını istəyirsinizsə, saytımızda reklam verin! Aylıq minlərlə texnologiya həvəskarı ilə görüşün.
Şirkətinizin texnologiya dünyasında daha geniş bir auditoriyaya çatmasını istəyirsinizsə, saytımızda reklam verin! Aylıq minlərlə texnologiya həvəskarı ilə görüşün.
Yüklənir...
footer logo

texno365

Sizi ən son texnoloji yeniliklər, təhlillər və peşəkar məsləhətlərlə təmin etməkdən məmnunuq. Saytımızı mütəmadi izləyərək ən yeni məqalələri və xəbərləri oxuya bilərsiniz.

Abunəlikdən çıxmaq üçün E-poçt ünvanınızı yenidən yazın.
© 2025 texno365
  • İstifadə|Qaydaları
  • Haqqımızda
  • Əlaqə
  • Video