Samsung Galaxy S26 Ultra ekranında piksel görünməsi və görüntü keyfiyyətində problemlər barədə şikayətlər
Samsung şirkəti Galaxy S26 ultra smartfonuda yeni ekran texnologiyası Privacy display-ı təqdim edib.
S26 Ultra ekranında iki tip piksel var:
Geniş piksel - hər bucaqdan görünür.
Dar piksel - yalnız düz baxıldıqda görünür.
Məxvilik ekranı (Privacy display) ativləşdirildikdə dar pikselərdən istifadə edilir. Bu texnologiya piksel səviyyəsində işıq yayılmasını idarə edərək ekranı yalnız düz baxış bucağında aydın göstərir, yan tərəfdən baxıldıqda isə görüntünü oxunmaz edir. Ekrana kənardan baxılarkən görünməz edilməsində məqsəd məxfilik və şəxsi məlumatların qorunmasıdır.
Ənənəvi ekran qoruyucularından fərqli olaraq, Privacy Display hardware səviyyəsində işləyir. Piksel strukturu işığı yalnız müəyyən bucaqda ötürür.
İstifadəçilərin şikayətləri
Samsung Galaxy S26 Ultra ekranında piksel görünməsi və görüntü keyfiyyətində problemlər barədə şikayətlər var. İstifadəçilər məxfilik ekranı (Privacy Display) texnologiyası səbəbindən mətnin kəskinliyinin azaldığını, bəzi hallarda piksellərin daha aydın seçildiyini bildirirlər.
Uzun müddət istifadə zamanı istifadəçilər gözlərində ağrı və yorğunluq hiss etdiklərini bildirirlər. Bu problem xüsusilə S26 Ultra modelində daha çox qeyd olunur.
Forumlarda bəzi istifadəçilər ekrana uzun müddət baxdıqda başgicəllənmə yaşadıqlarını qeyd ediblər.
Bəzi cihazlarda ekran qəfil sönür və açılmır. Bu, "siyah ekran" problemi kimi tanınır və istifadəçilər YouTube üzərindən həll yolları axtarırlar.
Üstünlükləri
Məxfilik qorunması - ictimai yerlərdə ekranın yan tərəfdən oxunmasının qarşısını alır.
Daha güclü təhlükəsizlik - xüsusilə bank əməliyyatları, şəxsi mesajlar və işgüzar yazışmalar üçün faydalıdır.
İnteqrasiya olunmuş həll - əlavə ekran qoruyucuya ehtiyac yoxdur.
Privacy display texnologiyası yeni texnologiyadır və inkişaf mərhələsindədir. Bu texnologiya innovativ olsa da, mətn oxuma və görüntü keyfiyyətində kompromis yaradır. Qeyd edək ki bu funksiya yalnız S26 Ultra moldelində mövcuddur
Nəticə
Samsungun Privacy Display texnologiyası innovativ və təhlükəsizlik yönümlü bir addımdır. Lakin bu texnologiya mətn oxuma keyfiyyətində kompromis yaradır və bəzi istifadəçilərdə vizual narahatlıq doğurur. Əgər əsas prioritetin məxfilikdirsə, bu funksiya çox faydalıdır; lakin gündəlik uzunmüddətli istifadə üçün bu funksiyanı söndürmək daha düzgün seçim olar.